“Qafqazinfo” xəbər verir ki, o, finlandiyalı Mira Potkonenlə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb. Yana qarşılaşmadan sonra fikirlərini jurnalistlərlə bölüşüb:
“Çətin görüş oldu. Amma qələbə qazandım. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. 14 ildir ki, boksdayam belə azarkeş dəstəyi görməmişdim. Çox sağ olsunlar. Finlandiyalı rəqibimlə bir dəfə qarşılaşmışdım və ona uduzmuşdum. İndi isə revanşımı aldım. Atam mənim məşqçimdir və o, dəstək oldu. Onun məsləhətləri çox kömək etdi. Bu yarışlarda ən çətin rəqibim irlandiyalı Keti Teylordur”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər