Ona yeni vəzifə verildi

ona-yeni-vezife-verildi
Oxunma sayı: 6927

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-dəki fərmanı ilə yeni yaradılan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyinatı olub.

"Qafqazinfo" Milli.Az-a istinadən xəbər verir ki, bu vazifəyə Şəfa Mehman qızı Cəbiyeva (Şəfa Mehmanqızı) təyin edilib.

Şəfa Mehmanqızı isə dünəndən yeni vəzifəsinə start verdiyini bildirib:

"Bəli, bu xəbər doğrudur. Yeni vəzifəmin icrasına dünən, fevralın 18-dən başlamışam. Çalışacağam ki, yeni vəzifəmdə də mənə göstərilən etimadı doğruldum".