Öncə Qriqorçuk, sonra rəqibi

once-qriqorcuk-sonra-reqibi
Oxunma sayı: 766

İyulun 21-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Qəbələ" Macarıstanın MTK komandasını qəbul edəcək.

"Qafqazinfo" xəbər verir ki, "Bakcell Arena"da baş tutacaq "Qəbələ" - MTK matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 20-də saat 19:30-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:30-da isə MTK-nın çalışdırıcısı Vasilis Teodoru media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də "Bakcell Arena"da baş tutacaq. "Qəbələ" saat 20:00-da, MTK isə 21:00-da hazırlıqlarını tamamlayacaq.