Öncə Qriqorçuk, sonra Tudor

once-qriqorcuk-sonra-tudor
Oxunma sayı: 905

Sentyabrın 17-də UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyununda “Qəbələ” Yunanıstanın PAOK komandasını qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq oyun öncəsi baş məşqçilərin mətbuat konfransı sabah - sentyabrın 16-sı 19:15-də arenanın Media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 20:00-da isə PAOK-un çalışdırıcısı İqor Tudor media nümayəndələrinin suallarını cavablandıracaq.

Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək. “Qəbələ” saat 20:30-da, Yunanıstan təmsilçisi isə 21:30-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.