“Öncədən danışıb ajiotaj yaratmaq istəmirəm” - Məmmədyarov

onceden-danisib-ajiotaj-yaratmaq-istemirem
Oxunma sayı: 1882

“Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə görüşü razılaşdırılır. Həmsədrlər bu istiqamətdə işləyirlər. Görüş tarixi müəyyənləşdiriləndən sonra ictimaiyyətə açıqlanacaq”. “Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks- Azərbaycan”a Xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, həmçinin, iki ölkənin XİN rəhbərləri səviyyəsində görüşə hazırlıqlar gedir.

E. Məmmədyarov erməni həmkarı ilə görüşün yüksək səviyyəli görüşdən əvvəl keçiriləcəyini istisna etməyib: “Hər şey ola bilər. Öncədən danışıb ajiotaj yaratmaq istəmirəm”.