“Onda başımızı itirmişdik...”

onda-basimizi-itirmisdik
Oxunma sayı: 734

Dünyanın ən təhlükəli xəstəliklərinin vaxtında aşkarlanması artıq Azərbaycan üçün problem olmayacaq. Paytaxt Bakıda referens laboratoriya tikilir.

"Qafqazinfo" xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov deyib. O, həmçinin söküləcək beton evlərin yerində tikiləcək binaların sayını açıqlayıb və "Sovetski"də görülən işlərdən də danışıb.

"Quş qripi", "Donuz qripi”, taun çöpü, "Ebola" və digər bu kimi epidemiyaya çevrilməyə meylli olan xəstəliklərin vaxtında aşkarlanması üçün Bakıda referens laboratoriya tikilir. Nizami rayonunda yerləşən və ərsəyə gəlməsi üçün 90 milyon dollar xərclənən laboratoriyaya ABŞ 70 milyon dollara yaxın qrant ayırıb. İngiltərə kimi inkişaf etmiş ölkə də daxil olmaqla, belə mərkəzlərin sayı dünyada 4-dən çox deyil. Strateji əhəmiyyətə malik laboratoriya ilin sonunda istifadəyə veriləcək.