Ondan 126 min istəyən şirkəti məhkəməyə verdi

ondan-126-min-isteyen-sirketi-mehkemeye-verdi
Oxunma sayı: 1048

Türkiyənin məşhur müğənnisi Zerrin Özer  İstanbul Hüquq Məhkəməsinə müraciət edib. “Qafqazinfo” xəbər verir ki, o, 2007-ci ildə əməkdaşlığa son qoyduğu “TMC Müzik” şirkətinin ona qarşı qaldırdığı iddiadan narazıdır. 

Sənətçi sözügedən musiqi şirkəti ilə 2004-cü ildə müqavilə imzaladığını və 2007-ci ildə işbirliyinə son qoyduğunu bildirib.

İfaçı “TMC”nin ondan 126 min TL tələb etdiyini, lakin şirkətə heç bir borcunun olmadığını qeyd edib.