Ondan boşanan arvadına etiraz edib atəş açdı

Ondan boşanan arvadına etiraz edib atəş açdı
Oxunma sayı: 1136

Binəqədi rayonunun Xocəsən qəsəbəsində xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etmiş R.Süleymanov saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşayan R.Süleymanovun evinə keçmiş həyat yoldaşının rayon İcra və Probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi götürülüb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi