Rusiyalı müğənni Alsunun əri, bakılı iş adamı Yan Abramov ondan boşanmaqdan imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “StarHit” nəşri yazıb.
İddialara görə, iyunun 27-də cütlüyün boşanma prosesi ilə bağlı məhkəmə iclası keçirilib. Bildirilib ki, məhkəmədə nə Alsu, nə də Yan Abramov iştirak edib.
İş adamının nümayəndələri barışma prosesi üçün əlavə vaxt tələbi ilə bağlı vəsatət qaldırıblar. Nəticədə məhkəmə prosesi iki ay təxirə salınıb. Alsu və Yan arasında münasibətlər son dərəcə gərgin olduğu üçün onlar yalnız vəkillər vasitəsilə ünsiyyət qururlar.
Həyat yoldaşı Alsuya barışmaq üçün dəyəri 2,5 milyard rubl dəyərində aktivlərini və əmlak təklif edib. Bura Kiprdə villa, eksklüziv zinət əşyaları kolleksiyası, lüks avtomobillər və 771 milyon rubl dəyərində penthaus daxildir.
Xatırladaq ki, Alsu və Y. Abramov 2006-cı il martın 18-də evləniblər. Onların bu evlilikdən Safina, Mikella və Rafael adlı üç övladı var. Cütlüyün boşanması haqda xəbərlər bu il mayın 27-də yayılıb. Daha sonra isə cütlüyün münasibətlərinin pozulmasına səbəbin model Anastasiya Reşetova olduğu iddia olunub.