“Ondan nə hərbi xidmət gözləmək olar?”

ondan-ne-herbi-xidmet-gozlemek-olar
Oxunma sayı: 3385

"3 uşağı olan kişinin hərbi xidmətə çağırılmaması haqda hissəyə də dəyişiklik edilməlidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Siyavuş Novruzov parlamentin iclasında deyib. 

O bildirib ki, iki uşağı saxlamaq da çətindir:

"Kişi iki uşağını və yoldaşını evdə qoyub orduya gedir. Onun fikri evdəkilərin yanında qalacaq, ondan nə hərbi xidmət gözləmək olar? Biz bu məsələyə də baxmalıyıq. İki uşağı olanlar hərbi xidmətə çağırılmamalıdır. Həmçinin beynəlxalq təşkilatlar hər dəfə bizə deyirlər ki, niyə Azərbaycanda alternativ hərbi xidmət yoxdur. Biz onlara müharibə şəraitində olduğumuzu deyirik. Onlar da bizə deyirlər ki, Gürcüstan da, Rusiya da 4 bir tərəflə döyüşür, amma onlarda bu var. Biz gələcəkdə buna da baxmalıyıq. Çünki, təəssüf ki, əvvəllər bəzi dini qurumlar Azərbaycanda qeydiyyatdan keçiblər. Onların etiqadı əlinə silah alıb döyüşməyi qəbul etmir”.