“Onlar ailəmi söyüb, məni döydülər”

onlar-ailemi-soyub-meni-doyduler
Oxunma sayı: 1560

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki dostunu bıçaqlamaqda və qanunsuz silah gəzdirməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Pərviz Şabanova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə P.Şabanov son sözlə çıxış edib.

O bildirib ki, zərərçəkmişlər – Tural Məmmədov və Kənan Qədirovla dost olub: “Gürcü mətbəxi” kafesində oturub yeyib-içirdik. Mübahisəmiz düşdü, onlar ailəmi söyüb, məni də döydülər. Özümü müdafiə etmək üçün onları bıçaqla vurdum”.

Məhkəmə kollegiyasının hökmü ilə P.Şabanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd