Babayev Rasim “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. İdmanın lövhə atma növü üzrə 2 qat Azərbaycan çempionu, yadro itələmək üzrə Avropa Yeniyetmələrinin Olimpiya festivalının iştirakçısı, yeniyetmələr arasında Azərbaycan rekordçusu olan R.Babayev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.
Biryukova Aleksandra Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Azərbaycan çempionatının iştirakçılarından olan A.Biryukova idmanın hündürlüyə tullanma növü üzrə məşğul olur.
Ramazanova Nərmin VIII sinif şagirdidir. Akrobatika gimnastikası ilə məşğul olan N.Ramazanova respublika çempionatının qalibi, Minsk şəhərində keçirilmiş beynəlxalq turnirin bürünc mükafatçısı, Avropa çempionatının iştirakçısıdır. N.Ramazanova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir.
Həsənov Abdulla Bakı şəhərı üzrə Təhsil İdarəsinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Qılıncoynatma idman növü ilə məşğul olan A.Həsənov Bakı və Azərbaycan çempionatlarının qalibi, Gürcüstanda keçirilmiş beynəlxalq turnirin bürünc mükafatçısıdır.
Qasımov Amil Gəncə 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Gəncə Dövlət Universitetində təhsil alan A.Qasımov sambo üzrə kişilər arasında Avropa və dünya çempionudur.
Son xəbərlər
Son Xəbərlər