"Qafqazinfo" xəbər verir ki, deputat qeyd edib ki, Azərbaycan parlamenti dövlətin ictimai-siyasi, qanunvericilik həyatında mühüm rol oynayır:
"Amma təsssüf edirəm ki, bir sıra beynəlxalq təşkilatlar, QHT-lər mətbuatda parlamentin nüfuzuna xələl gətirən materiallar dərc edirlər. Parlament açıq, şəffaf orqandır. İstənilən məsələləri müzakirə etməyə hazırıq”.
Bununla yanaşı komitə sədri qeyd edib ki, Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatının dərc etdiyi hesabat layihəsində parlamentə adi olan hissədə yalan, əsassız, böhtan materiallar əksini tapıb: “ Korrupsiya qarşı mübarizə məsələsində, bu yöndə qanunvericiliyin təkmilləşməsində bir çox milli QHT-lər yanaşı olmalıyıq. Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatı bu qurumlardandır. Onlar hesabat verərkən bizim də rəyimizi almalı idilər. Ancaq təəssüflər olsun ki, onun rəhbəri Rəna Səfərəliyeva Azərbaycan dövlətçiliyi əleyhinə yönələn fəaliyyətlər ortaya qoyulur. Məsələn, bu günlərdə Leyla Yunusun 100 minlərlə vəsaiti nağdlaşdırmasında Rəna Səfərəliyevanın özü də iştirak edib. Hesabat edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir”.
Günel
Son xəbərlər
Son Xəbərlər