“Onlar bizim ağ xalatlı qəhrəmanlarımızdır” - Fəxrəddin Manafov+Video

onlar-bizim-ag-xalatli-qehremanlarimizdir
Oxunma sayı: 2288

"Dövlət vətəndaşlarımızın sağlamlığını qorumaq üçün bütün resursları səfərbər edib".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov koronavirusla mübarizədən danışarkən deyib.

O, mübarizənin ön cəbhəsində yer alan həkimlərdən də söz açıb: "Çiyinlərinə ağır yük düşən səhiyyə işçilərini qeyd etmək istəyirəm. Demək istəyirəm ki, bu insanlar fədakarcasına özlərini təhlükəyə ataraq insanları müalicə edirlər. Onlar bizim ağ xalatlı qəhrəmanlarımızdır".