“Rusiya Ukraynaya fərq qoymadan raketlər atır və bu səbəbdən mülki əhali metro stansiyalarına sığınır”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, ABŞ Rusiya Prezidenti Vladimir Putin və ona yaxın şəxslərə ağır iqtisadi sanksiyalar tətbiq edib:
“Onların texnologiyaya və beynəlxalq maliyyə sisteminə əlçatanlığını kəsirik. Bunun nəticələri indidən özünü göstərir”.
Bayden Putinə sanksiyaları ən yüksək səviyyədə tətbiq edərkən bunun ABŞ və digər ölkələr üzərində təsirlərini azaltmağa çalışdıqlarını bildirib:
“İttifaqın vəziyyəti barədə danışanda ABŞ Ədliyyə Nazirliyinin rus oliqarxların izinə düşəcəyini dedim. Bu şəxslər ciblərini rus xalqının pulu ilə doldurarkən Ukraynada insanlar metro stansiyalarına sığınır. Çünki Rusiyanın fərq qoymadan atdığı raketlərdən gizlənirlər”.
“Ukrayna xalqını birbaşa yardımlarımızla dəstəkləməyə davam edirik”, - Bayden ABŞ-ın bəzi rus oliqarxlara və ailə üzvlərinə sanksiya tətbiq etdiyini xatırladıb.
Son xəbərlər
Son Xəbərlər