“ABŞ prezidentliyinə namizədlərin hər ikisi – Donald Tramp və Kamala Harris həyata qarşıdırlar”.
“Qafqazinfo” ANSA-ya istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk bildirib.
Belə ki, pontifik bunu jurnalistlərin noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində katolik seçicilərə hansı namizədə səs verməyi məsləhət görəcəyini soruşan zaman deyib.
Onun sözlərinə görə, həm Tramp, həm də Harris ciddi günah işlədirlər.
“Respublikaçı miqrantları ölkədən qovmağa, onlara işləmək və inkişaf etmək imkanı verməməyə çağırır. Demokrat Partiyasının namizədi aborta qarşıdır, bu da günahdır”, - pontifik qeyd edib.