Onlar da “Barbie” oldu - Video

onlar-da-barbie-oldu
Oxunma sayı: 3877

“Barbie” filmi bütün dünyada bir trend yaradıb. Hər kəs tərəfindən maraqla qarşılanan filmdən sonra çəhrayı rəngli paltarlar, əşyalar və makiyaj tonları daha çox istifadə olunmağa başlayıb. Hər kəs - sıravi insandan dünyaca məşhur sənətkarlara qədər bu trendə qoşulur. Belə ki, məşhur müğənnilər də artıq öz konsertlərində çəhrayı rəngli geyimlərə üstünlük verirlər. 

“Qafqazinfo” xəbər verir ki, dünya şöhrətli müğənni Beyons da “Barbie” trendinə qoşulub. Belə ki, Şimali Karolina turnesi zamanı Şarlottada çıxış edən Beyons çəhrayı mini paltarını çəhrayı əlcəklər, çəhrayı çəkmələr və qeyri-adi çəhrayı eynəklərlə tamamlayıb. 

41 yaşlı Beyons bu tərzi ilə heç də barbidən geri qalmayıb və pərəstişkarlarını valeh edib.

Səhnəyə çəhrayı libasda çıxan daha bir sənətçi isə türkiyəli Bülent Ersoy olub. Belə ki, müğənni son konsertinə “Barbie” olaraq çıxıb. 

Bülent Ersoyun bu tərzi sosial şəbəkələrdə də gündəm olub.