Türkiyəli aktrisa Gökçe Eyüboğlu inşaat mühəndəsi olan həyat yoldaşı Öner Eyüboğlundan boşanıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, İstanbul Ailə Məhkəməsindəki boşanma prosesi on dəqiqə davam edib.
Məhkəmə cütlüyün anlaşmalı şəkildə boşanmalarına qərar verib.
Eyüboğlu boşandığı ərindən hər ay 4 min 150 lirə yoxsulluq alimenti alacaq.
Aktrisa prosesdən sonra hər hansı açıqlama verməyib.
Qeyd edək ki, Gökçe ilə Öner 2008-ci ildə ailə qurmuşdu.
Daha əvvəl türkiyəli aktrisa Ceren Morayın fransız həyat yoldaşı Nico Brundan boşandığı, amerikalı müğənni Madonnanın isə rəqqas sevgilisi Ahlamalik Uilyamsdan ayrıldığı məlum olub.
Son xəbərlər
Son Xəbərlər