Onların Venesiyadakı toyu bir necə gün davam etmişdi. Bütün dünya demək olar ki, bu mərasimi izləyirdi.
Ayrılıq haqqında yayılan məlumatlara səbəb isə Amalın Hollivud həyatına uyğunlaşa bilməməsi olub. Deyilənlərə görə, o Kluninin dostları ilə bitib-tükənməz əyləncə vərdişindən ayırmağa ümid edirdi. Lakin bu alınmayıb. Hətta Kluni həyat yoldaşının ad günündə təşkil etdiyi romantik şam yeməyinə öz dostlarını da gətirib.
"Ok" jurnalının iddiasına görə, gənc vəkil dostlarının aktyoru içki içməyə də sövq etdiyini düşünür.
Ümumiyyətlə isə ermənilərin müdafiəsinə qalxan Amalın Hollivudun ən yaraşıqlı kişisinin dostlarının heç biri ilə yola gedə bilmədiyi deyilir. "O, bir faktla razılaşmalıdır - Klunini Hollivudan çıxara bilər, amma Hollivudu Kluninin ürəyindən heç vaxt".
Əgər cütlük bu ilin sonuna kimi boşanmasalar bu əsl möcüzə olar.
Son xəbərlər
Son Xəbərlər