Onlar da boşanır... - Fotolar

onlar-da-bosanir
Oxunma sayı: 5907

Türkiyəli müğənni İrem Dericinin Rza Esendemirlə boşandığı iddia edilir.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni Rzanın fotolarını instaqramdan silib, onu daha izləmir.

Cütlüyün sosial şəbəkədəki bu addımları iddiaları daha da gücləndirib.

Bunun ardından Rza İremin də olduğu bütün fotoları silib, keçmiş ailəsindən dünyaya gələn qızı Eceşan Esendemirin fotolarını paylaşıb.

Hər iki məşhur sima boşanma xəbəri ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.

Qeyd edək ki, İrem radio aparıcısı Rza ilə 2014-cü ildə ailə həyatı qurmuşdu.