Musiqiçi və aktyor Merih Ermakastar 9 illik həyat yoldaşı Zeyneb Ermakastardan boşanır.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Zeyneb Ermakastar Merihdən razılaşmalı olaraq boşanacağını bildirib.
Zeynəb boşandıqdan sonra “Ermakastar” soyadından imtina etməyəcəyini söyləyib:
“Soyadimdan imtina etməyəcəm, həmçinin 30 min dollar aliment istəyirəm”.
Vəkil Mine Özdemir isə açıqlamasında Zeyneb Ermakastarın məhkəməyə müraciət etdiyini deyib:
“Zeyneb xanım məhkəməyə müraciət edib. Yazdığı ərizədə ailədə mübahisələrin çox olduğunu, narazıçılıqların baş alıb getdiyini qeyd edib. Tərəflərin boşanma protokoluna görə, kiçik uşağın vəlayəti anada olacaq və ata uşaq üçün ilk 8 ay ərzində 3 min türk lirəsi ödəyəcək”.



Son xəbərlər
Son Xəbərlər