Şou gündəmini daha bir boşanma xəbəri zəbt edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, David və Victoria Beckham boşanmaq qərarına gəlib.
Ailəyə yaxın bir mənbənin verdiyi məlumata görə, cütlük boşanmaqlarını hər kəsdən gizlətməyə çalışır. Artıq David və Victoriya ayrı evlərdə yaşayır.
Hollywoodlife.com isə xəbərləri təkzib edib. Xəbər portalı yazır ki, bu kimi iddiaların yayılmasına səbəb David-Victoriya cütlüyünün bir müddət ekranlardan uzaq gəzməsindən irəli gəlir.
Həmçinin, David və Victoria Beckhamın işlərinin çoxluğu ilə əlaqədar olaraq bir arada yaşaya bilmirlər.
1999-cu ildə evlənən cütlüyünün Brooklyn, Romeo, Cruz adlı üç oğlu və Harper adlı 4 yaşlı bir qızı var.





Son xəbərlər
Son Xəbərlər