“Qafqazinfo”nun Super.ru-ya istinadən məlumatına görə, 29 yaşlı aktrisa 42 yaşlı ərindən boşanma qərarını hələ 1 il əvvəl qəbul edib. Amma rəsmi boşanmanın vaxtı indi çatıb.
Cütlüyün yollarının niyə ayırmasının səbəbi heç ailənin ən yaxın dostlarına da məlum deyil.
Xatırladaq ki, Foks aktyor Qrin ilə hələ 11 il bundan əvvəl sevgi münasibətlərinə başlayıb. 2010-cu ildə isə sevgililər evlənmək qərarına gəliblər. Cütlüyün iki oğlu var.
Son xəbərlər
Son Xəbərlər