Onlar da deputatlığa namizəd oldular

onlar-da-deputatliga-namized-oldular
Oxunma sayı: 3653

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputatlığa namizədliyini irəli sürür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya məlumat verən A. Əlizadə qeyd edib ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olacaq.

A. Əlizadə əlavə edib ki, ASDP-dən ondan başqa daha 3 nəfərin də namizədliyinin irəli sürülməsi qərarlaşdırılıb.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də seçkilərə qatılmağa qərar verib.

T. Kərimli APA-ya deyib ki, o namizədliyini 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürəcək.

Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən hazırda millət vəkili İqbal Ağazadə, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən isə Ərəstun Cavadovdur.