“Qafqazinfo” xəbər verir ki, bunu SİA-ya müsahibəsində YAP icra katibinin müavini Siyavuş Novruzov siyasi partiyaların həbs olunan QHT rəhbərlərini himayə etməsinə münasibət bildirərkən deyib. S. Novruzovun sözlərinə görə, bu kimi hərəkətlər bilavasitə ermənilərin təhriki əsasında baş verir. Onların ayırdığı maliyyə də məhz bu kimi niyyətlərə hesablanıb.
QHT rəhbərlərinin həbsi ilə bağlı AXCP-nin kütləvi aksiyalar keçirmək təklifinə S. Novruzov belə reaksiya verib: “Elə onlar da ermənilərin tayıdır. Aksiya keçirmək üçün ayrılan maliyyə vəsaitinin böyük əksəriyyəti həmin anda partiya rəhbərliyi tərəfindən silinir, yəni yeyilir. Onlar sadəcə, gəncləri pulla yoldan çıxarıb dövlətin və ya hökumətin əleyhinə hər hansı çağırışlara sövq edərək vətəndaşların şəxsi əmlakına ziyan vurmaqla məşğuldurlar. Gənclər başa düşməlidirlər ki, onları bu üsullarla aldadanların əsas məqsədləri aksiyalardan pul qoparıb, özlərinin həyat tərzini yaxşılaşdırmaqdır. Ona görə də onların nəinki gənclər, heç demokratiya və inkişafla bağlı da heç bir layihələri yoxdur”.
Son xəbərlər
Son Xəbərlər