Onlar da final mərhələsinə vəsiqə qazandı - Fotolar

onlar-da-final-merhelesine-vesiqe-qazandi
Oxunma sayı: 2876

AVRO-2020-nin seçmə mərhələsində IX turun ilk oyun gününə yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, A, B və H qruplarında turun qarşılaşmaları keçirilib.

A qrupunda İngiltərə Monteneqronu 7:0 hesabı ilə darmadağın edərək final mərhələsinə vəsiqəni təmin edib. Portuqaliya isə Litavanın qapısından 6 cavabsız top keçirib. Çexiya da Kosovonu 2:1 hesabı ilə məğlub edərək filan mərhələsinə vəsiqəni təmin edib.

Günün ilk oyununda İslandiya ilə üz-üzə gələn Türkiyə qolsuz heç-heçə edib. Bu hesab həm “ay-ulduzlular”ı, həm də Fransanı AVRO-2020-yə daşıyıb.

Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanan komandaların sayı 10-a çatıb. Bunlar Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiyadır.

AVRO-2020-nin seçmə mərhələsi
IX tur
14 noyabr

A qrupu
23:45. İngiltərə - Monteneqro – 7:0

Oksleyd-Çamberlen, 11, Keyn, 19, 24, 37, Reşford, 30, Sofranaç, 66 (avtoqol), Abraham, 78


23:45. Çexiya – Kosovo – 2:1
Kral, 71, 78 – Nuhiu, 50

B qrupu

23:45. Serbiya – Lüksemburq – 3:2
Mitroviç, 11, 43, Radonyiç, 70 – Rodriges, 54, Turpel, 76
23:45. Portuqaliya – Litva – 6:0
Ronaldo, 7 (pen.), 22, 65, Pizzi, 52, Pasiensia, 56, B.Silva, 63

H qrupu

21:00. Türkiyə - İslandiya – 0:0

23:45. Fransa – Moldova – 2:1

Varan, 35, Jiru, 79 – Rata, 9


23:45. Albaniya – Andorra – 2:2
Balay, 6, Manay, 56 – Martines, 18, 48