Onlar da Prezidentin çağırışına qoşuldular - Fotolar

onlar-da-prezidentin-cagirisina-qosuldular
Oxunma sayı: 2081

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC ilə birlikdə ölkəmizdə koronavirus ( COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə davam edən xüsusi karantin rejimi ilə əlaqədar sosial aksiyaya qoşulub.

“Qafqazinfo” xəbər verir ki, yardım Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına əsasən həyata keçirilib.

Xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq sosial izolyasiya şəraitində yaşayan 100-ə yaxın əlil, şəhid və aztəminatlı ailələrə baş çəkilib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.