"Qafqazinfo"ya daxil olan məlumata görə, onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.
Tofiq Məmmədov “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. Yadro itələmə üzrə beşqat Azərbaycan çempionu olan T.Məmmədov Avropa çempionatında ilk onluğa düşüb.
İsmayıl Əliyev Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. İdmanın yadro itələmə növü ilə məşğul olan İ.Əliyev Azərbaycan çempionatında II yerin, Azərbaycan Kubokunda III yerin sahibi olub.
Alyona Setina idmanın atletika növü ilə məşğul olur.Azərbaycan və Bakı çempionatlarının iştirakçısı olan A.Setina Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir.
Yekaterina Sarıyeva Bakı şəhərı 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Üç təkanla uzunluğa tullanma ilə məşğul olan Y.Sarıyeva İslam Oyunlarının qızıl, Avropa turnirinin gümüş mükafatçısıdır. Y.Sarıyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.
Aynur Hüseynova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Bakı Pedaqoji Kollecində təhsil alan A.Hüseynova akrobatika gimnastikası ilə məşğul olur. O, Respublika çempionatının qalibi, Minsk şəhərində keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olub. Avropa çempionatında isə V yeri tutub.
Son xəbərlər
Son Xəbərlər