Onlar da Rusiyaya qarşı sanksiyaların yeni siyahısına daxil ediləcək

onlar-da-rusiyaya-qarsi-sanksiyalarin-yeni-siyahisina-daxil-edilecek
Oxunma sayı: 1441

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının 14-cü siyahısında Çin şirkətləri də yer alacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “EUobserver” məlumat yayıb.

Rusiyaya qarşı sanksiya siyahısına daxil ediləcək şirkətlər arasında “Guangzhou Ausay Technology”, “Shenzhen Biguang Trading” və “Yilufa Electronics” də var.

Bundan əlavə, Şimali Koreyanın müdafiə naziri, eləcə də Brüsselin KXDR-dən sursat idxal etməkdə şübhəli olduğu Rusiya şirkətlərinə məhdudiyyətlər qoyulacaq.

Qeyd edək ki, bu gün Aİ səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Sanksiya siyahısına 200-ə yaxın hüquqi və fiziki şəxs əlavə olunacaq. Bununla belə, yeni sektoral sanksiyalar nəzərdə tutulmur. Belçikanın Avropa İttifaqı Şurasındakı nümayəndəliyi 13-cü paketin ən geniş paketlərdən biri olacağını bildirib.