“Hərdən baxıram ki, musiqidən anlayışı olmayan elə insanları təqdim edirlər ki... Gör biz nələr çəkirik. Bir çox müğənnilər danışır, mən onları qınamıram. Ömür boyu bayağı musiqilərə tələbat olub”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Elnur Məmmədov deyib. Sənətçi canlı proqramlardan çəkindiyini qeyd edib:
“Əvəllər senzura olub. Əvəllər nə qədər bayağı müğənnilər olub ki, efirlər qoymayıblar. Onlar efir üzünə həsrət olublar, ancaq mağarlarda oxuyublar. Amma indi özəl kanallar çoxdu deyə artıq bilmirlər nə təqdim etsinlər. Açıq deyirəm bir ara mən özümə sərhəd qoymuşdum. 2 ildən çoxdur ki, maqazin verlişlərinə çıxmıram, müsahibə vermirəm. Heç kimin xətrinə dəyməsin, sevmirəm. Artıq canlı verlişlərdən də çəkinirəm”.
Son xəbərlər
Son Xəbərlər