“Onlar Ermənistanı silahla təmin ediblər” - Mustafa Şentop

onlar-ermenistani-silahla-temin-edibler
Oxunma sayı: 3915

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün jurnalistlərlə görüşüb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, M. Şentop jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu 30 il ərzində bu münaqişəni həll etmək istəmədiyi üçün məsələ həll olunmayıb: “Həmsədrlər tərəf tuturlar. Biz demirik ki, həll etməyə çalışıblar, amma həll edə bilməyiblər. Onlar bunu həll etmək istəməyiblər. Ermənistanın tərəfini tutublar, Ermənistanı silahla təmin ediblər”. 

Murad Əhməd