“Yüz minlərlə insan bəzi bələdiyyələrin, icra orqanlarının saxtakarlığından əziyyət çəkir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, torpaqların istifadəyə və icarəyə verilməsində ciddi nöqsanlar mövcuddur: “Elə rayonlar var ki, orada 10 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti aparılıb. Həmin mənzil sahibləri mülkiyyət hüqunu təsdiq edən sənədləri ala bilmədikləri üçün uzun illərdir qeydiyyata düşə bilmirlər. Ünvansız və qeydiyyatsız yaşamaq məcburiyyətindədirlər. Onlar hər an evlərini tərk etmək qorxusu altında yaşayırlar”.
Son xəbərlər
Son Xəbərlər