“Onlar Hitlerə qalib gəlib, savaşı bitir!” - Trampdan Zelenskiyə tövsiyə

onlar-hitlere-qalib-gelib-savasi-bitir
Oxunma sayı: 6385

ABŞ-nin sabiq prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda nələri müzakirə etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda “Fox News”a müsahibəsində danışıb.

O bildirib ki, Zelenskiyə Rusiya ordusunun gücü barədə xəbərdarlıq edib və xatırladıb ki, Moskva Hitler və Napoleonun qoşunlarını belə məğlub edə bilib. Ona görə də Kiyev bu münaqişəyə son qoysa yaxşıdır:

“Prezident Zelenski mənə zəng etdi və yaxşı söhbət etdik. Ona dedim ki, müharibə sonlandırılmalıdır. Rus ordusu hərbi maşındır. Siz hərbi maşınla qarşı-qarşıyasınız. Onlar Hitlerə qalib gəldilər. Napoleonu məğlub etdilər”.