“Onlar icra başçısı ilə birgə məsuliyyətə cəlb olunmalıdırlar”

onlar-icra-bascisi-ile-birge-mesuliyyete-celb-olunmalidirlar
Oxunma sayı: 6266

Deputat Siyavuş Novruzov icra başçılarıyla bağlı məsələdə hüquq-mühafizə orqanlarının da məsuliyyətə cəlb edilməsini təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, S. Novruzov parlamentdəki çıxışında qeyd edib ki,  torpaqların əlindən alınması məsələsinə hüquq-mühafizə orqanlarının da üzərinə məsuliyyət düşür: “Çünki onlar vaxtında müvafiq qurumlara məlumat verməli idilər. Əgər məlumat verməyiblərsə, deməli, icra başçısı ilə əlaqələri olub və onlar da məsuliyyətə cəlb olunmalıdır”.

Günel Türksoy