Onlar ilk dəfə Fransa çempionu oldu

onlar-ilk-defe-fransa-cempionu-oldu
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, son turda qələbə qazanan “Monpelye” tarixində ilk dəfə ölkə çempionu olub.

Komanda həlledici oyunda “Oser”i minimal hesabla məğlub edib - 2:1. İkinci sırada qərarlaşmış PSJ isə “Loryen”ə eyni hesabla qalib gəlib. Bu nəticə paytaxt klubuna Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa kifayət edib. Fransanın ÇL-dəki 3-cü təmsilçisi “Lill” isə mübarizəyə pley-off mərhələsindən başlayacaq. “Olimpik Lion” ardıcıl 12 il ÇL-də iştirak etdikdən sonra ilk dəfə turnirdən kənarda qalacaq. “Aslanlar” Avropa Liqasında mübarizə aparacaq.

Ceyhun Əhmədov