“Onlar kobud səhvə yol verib”

onlar-kobud-sehve-yol-verib
Oxunma sayı: 1015


O qeyd edib ki,  bu gün ATƏT Minsk qrupunun həmsədrləri ATƏT-in rəsmi saytında fevral ayının 16-19-da Azərbaycan və Ermənistana səfərləri ilə bağlı press-reliz yayıblar:”Diqqəti cəlb edən məsələ bəyanatın mətnində həmsədr ölkələrin nümayəndələrinin Azərbaycanla bağlı kobud səhvə yol vermələridir. Bəyanatın mətnində “Dağlıq Qarabağın faktiki rəhbərləri ilə görüş keçirdikləri” bildirilir.

Həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və onların vasitəçiliyi Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasından ibarətdir. Bəyanatdakı fikir isə üç ölkənin rəsmi movqeyinə düz gəlmir.

Dağlıq Qarabağ adlanan tarixi Azərbaycan coğrafi ərazisi Ermənistan tərəfindən işğal edilmiş ərazinin cəmi üçdə birini təşkil edir. Azərbaycanın nəzarətindən kənarda olan ərazidə hakimiyyət yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndələri var. ATƏT Minsk qrupu həmsədrlərinin işğalçı komandanlıq nümayəndələrinə legitimlik vermək cəhdi yolverilməzdir və bu diplomatik səhv aradan qaldırılmalıdır. Ötən il noyabrın 12-də də Ermənistan hərbi helokopteri Azərbaycan ərazinidə vurulandan sonra da diplomatik səhvə yol verilmiş, sonradan səhv düzəldilmişdi”.

Günel