”Qafqazinfo” xəbər verir ki, portuqal mütəxəssis Premyer Liqanın son turunda “Sauthempon”la xal itirdikləri matçdan sonra (1:1) belə danışıb: "İnsanlar mənə görə narahatdırlar. Ancaq onlar mənim xoşbəxt olduğumun fərqində deyillər. Ən böyük xoşbəxtliyim digərləri ilə qarşılaşdırıldığım zaman aramızda gördüyüm böyük fərqdi. Digər həmkarlarımla aramda böyük fərq var. Bu, onlarla savaşdığım anlamına gəlməsin. Hər birinə hörmətlə yanaşıram. Ancaq Premyer Liqanın Avropada kubok qazanan məşqçiləri kimdi? Mən və Lui van Qal.
Premyer Liqada bir və daha çox çempionluq yaşayan məşqçiləri kimdi? Mən və Arsen Venger. Neçə məşqçi Çempionlar Liqasını iki dəfə qazanıb? Karlo Ançelotti üç, Lui van Qal və Pep Qvardiola iki dəfə bu kuboka sahib çıxıb. Mən bu siyahıya daxil deyiləm. Çünki mən daha çox qazanmışam. Bütün bunlara baxmayaraq, məni yenə tənqid edirlər".
Son xəbərlər
Son Xəbərlər