“Onlar nə qanuna, nə də milli-mənəvi dəyərə baxırlar”

onlar-ne-qanuna-ne-de-milli-menevi-deyere-baxirlar
Oxunma sayı: 898

Deputat Siyavuş Novruzov prezidentin hüquqlarının qorunması istiqamətində ombudsman Elmira Süleymanovaya müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, S. Novruzov qeyd edib ki, prezidentin hüquqları qanunla qorunur: “Ancaq qanuna əməl etməyən, Azərbaycanın hüdudlarından kənarda qalan bir qrup insan var ki, nə qanuna, nə də milli-mənəvi dəyərə baxır. Öz fəaliyyətlərində təhqirə, şərə, dövlət çevrilişinə cəhdə, silahlı basqına çağırış edirlər. Elmira xanımdan xahiş edirəm ki, onların fəaliyyətləri ilə bağlı həmin ölkələrin ombudsmanlarına müraciət etsin. Çünki ombudsman tərəfindən bu məsələlərə diqqət yetirilməlidir. Bu müraciətlər hazırlanaraq ayrı-ayrı ölkələrə göndərilməlidir”.

Günel Türksoy