Onlar Niderlandla matçı buraxacaq

onlar-niderlandla-matci-buraxacaq
Oxunma sayı: 5663

AÇ-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayan Türkiyə yığmasının iki futbolçusu cəzalı duruma düşüb.

“Qafqazinfo” xəbər verir ki, komandanın əsas heyət üzvləri Orkun Kökcü və İsmail Yüksək 1/4 finalda Niderlanda qarşı keçirəcəkləri matçı buraxacaqlar.

Hər iki oyunçu Avstriya ilə oyunda sarı vərəqə aldığı üçün bu durumla üzləşib. Onların passivində 2 sarı vərəqə var.