Onlar özlərinə nifrət edir - - Fotolar

onlar-ozlerine-nifret-edir-
Oxunma sayı: 1614


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Oscar” daxil olmaqla bir çox mükafat sahibi Tarantino belə çəkdiyi bir çox filmləri bəyənməyir. Hətta 2007-ci ildə çəkdiyi “Grindhause”filmini yaradıcılığının səhvi adlandırıb. Ssenari müəllifi olduğu bir neçə filmdən isə nifrət etdiyini deyib. 

Başqa bir məşhur rejissor David Fincher çəkdiyi“Alien 3”filmi izləyicilərə təqdim olunduqdan sonra özünə nifrət etdiyini deyib: “Bu gün heç kim məndən çox mənə nifrən etməz”. 

Stanley Kubrick isə ilk filmini uşağın soyuducunun üzərinə çəkdiyi şəkil adlandırıb: “Çox qabiliyyətsiz, təcrübəsiz, qəribə bir iş oldu. Bir uşağın soyuducunun üzərinə çəkdiyi şəkil kimi film çəkmişəm”. 

“HANNAH AND HER SISTERS” filmi Voodi Allenə “Oscar” qazandırsa da, rejissor bu işini heç vaxt bəyənməyib. Xüsusilə filmin sonundan şikayətlənən rejissor filmdən sonra “Çox pis batırdığımı hiss edirəm” deyib. 

Bundan başqa “Stephen Greene”, “Alan Smithe” kimi ləqəblərlə filmlərə rejissorluq edən bir çox insanın da elə də uğurlu olduğunu deyə bilmərik. Çoxu ilk çəkdiyi filminə gələn tənqidllərə dözməyərək kino sektorundan əbədi uzaqlaşıb. Günel Hacı 


“Qafqazinfo”