“Onlar peşəkardılar, maaş alırlar” - Svanadze

onlar-pesekardilar-maas-alirlar-
Oxunma sayı: 1566

"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Öncə şəhid olan əsgərlərə görə Azərbaycan xalqına baş sağlığı verirəm. Bu gün yaxşı oynadıq. Belə çətin matçdan 3 xalla ayrıldığımıza görə şadam.

- Məlum sanksiyadan sonra futbolçuları motivasiya etmək çətindi?
- Xeyr, çətin deyil. Onlar peşəkardılar, maaş alırlar.

- Zədəlilərin vəziyyəti necədi?
- Nizami Hacıyev müalicə alır, Qara Qarayev komanda ilə məşq edir. Kamran Ağayev hələ 2 həftə müalicə alacaq. Rauf Əliyev isə formaya düşməsi üçün əvəzedici komandada meydana çıxır. Onun fiziki hazırlığı yerindədi. 2-3 turdan sonra meydana çıxacaq.