“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fərəc Quliyev davam.az saytına açıqlamasında deyib. O, bildirib ki, Milli Məclisdə bununla bağlı müzakirələr zamanı fərqli mövqedən çıxış edib və bu cür təkliflərin vətəndaşlarımıza qarşı sərt mövqe sərgiləməyimizə səbəb olacağını bildirib. F.Quliyev daha çox maarifləndirici, profilaktik tədbirlər görülməsini təklif edir. Onun sözlərinə görə, təbliğata bayağı verilişlərin yerinə əsl islam dini haqqında verilişlər verməklə başlamaq labüddür: “İnsanlara dini başqa cür başa salırlar. Əsl islamın nə olduğunu hər kəsin diqqətinə çatdırmaq lazımdır. Orta və ali məktəblərdə islam dini ilə yanaşı digər dinlər haqqında da məlumatlar verilməsini arzulayardım. Bəlkə, bundan sonra insanlar din haqqında yanlış fikirləşməz, səhv yolla getməzlər”.
Millət vəkilinin fikrincə, hazırda xaricdə olan vətəndaşlarımız bizim “kisə”mizdən gediblər: “O şəxslərin mütləq həbs olunmasının, vətəndaşlıqdan çıxarılmasının əleyhinəyəm. Onların amnistiyaya salınmasına və geri qayıtmaları üçün şərait yaradılmasına tərəfdaram. Qoy vətənlərinə gəlsinlər və yanlış yoldan geri dönsünlər. Onlara başa salmaq lazımdır ki, savaşmaq istəyirsənsə, günün birində Qarabağda vuruşa bilərsən. Ona görə də profilaktik tədbirlər geniş miqyas almalıdır. Təbliğat işləri dayandırılmamalıdır. Geri qayıdan şəxslərdən kimsə qərəzli şəkildə yenə ora yollanarsa, belə adamlara hər hansı cəza tətbiq oluna bilər. Bu zaman onlara qanun qarşısında cavab verəcəklərini əvvəldən bildirmək lazımdır”.
Son xəbərlər
Son Xəbərlər