“Onlar simasız və saxtakardır...” - Brilliant söz atdı

onlar-simasiz-ve-saxtakardir
Oxunma sayı: 2562

“Təəssüf ki, bizim azadlığımızı sənəti aşağı səviyyədə olan insanlar hərcmərclik kimi qəbul etdi. Bir-birinin üzünə bu gün tüpürüb, sabah isə yalayanları görüb təəccüb edirəm. Məyus olurdum, yer üzündə belə insanlar var?”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Show News”a açıqlamasında deyib. Məşhur müğənni bəzi həmkarlarını saxtakarlıqda ittiham edib:

“Nalayiq, insani keyfiyyətlərdən uzaq söz deyənlər, sabah qucaqlaşır, heç nə olmamış kimi barışırlar. Barışmaq əziz insanlara - ata-ana, bacı-qardaşa aiddir. Sənətdə dost ya yaxşıdır, ya da deyil. Anladım ki, küsüb-barışmaq reklam, gündəmdə qalmaq üçündür. Bu, simasızlıqdır.

Bu gün nalayiq söz deyib, sabah əlini uzadanlara saxtakar insan deyirəm. Belə insanlara nifrət edirəm və onlardan uzağam. Elə insanlar var ki, onlar olan atmosferdə belə olmuram. Sənəti olmayanlar səhnədə sponsor, “day-day”, sevgili gücünə sənin yanında olurlar. Sonra da pis simalarını göstərirlər. Haqq-ədalət özü onları yerbəyer edir. Sənəti olana heç kim bata bilməz. Sənəti olmayan heç olmasa, dilini yaxşı etsin”.