Onlar üçün 3-də birdir, 5-də bir- - Video

onlar-ucun-3-de-birdir-5-de-bir-
Oxunma sayı: 1155


“Qafqazinfo” xəbər verir ki, “Valensiya” rəqibinin qapısından 5 cavabsız qol keçirərək yarımfinala adlayıb. Halbuki, matçdan qabaq onların növbəti mərhələyə adlamaq şansının heç olmadığı deyilirdi. Çünki ilk görüş “Bazel”in 3-0 hesablı qələbəsi ilə başa çatmışdı. Fransisko Alkasarın het-triki, Eduardo Varqas və Bernatın qolları “Valensiya”ya böyük sevinc bəxş edib. 

Oyunun əsas vaxtı, 90 dəqiqə 3-0 hesabı ilə başa çatdıqdan sonra əlavə 30 dəqiqə oynanılıb. Bu zaman kəsiyində də 2 qol vurmağı bacaran “yarasa”lar oyunun nəticəsini öz xeyirlərinə başa vurublar.

 

İqbal