“Onlar üçün darıxıram” - Kanales

onlar-ucun-darixiram
Oxunma sayı: 987

Topaz Premyer Liqasının 25-ci turunda AZAL-la 1:1-lik heç-heçə edən “Neftçi”nin hücumçusu Nikolas Kanales sportal.az saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Oyunla və vurduğun qolla bağlı nə deyə bilərsən?

- Qol vurduğuma görə şadam. Çünki 6-7 ay idi ki, fərqlənə bilmirdim. Bu da mənim üçün çox sıxıcı idi. Nəticə bizim üçün gözlənilməz oldu. Matç ərzində bizim qol vurub, qələbə qazanmaq üçün şansımız çox idi. Heç-heçə yaxşı nəticə deyil.

- Süni meydan amili əksər hallarda qonaq komandanın zərərinə işləyir. Bunu hiss etdinizmi?

- Şəxsən mənim üçün problem deyildi. Komandamız xeyli qol şans əldə etdi. Meydan amili, bəlkə də, 1-2 faiz AZAL-ın xeyrinə üstünlük yaratdı.

- Vurduğun qolla geri dönüş mesajı verdiyini demək olarmı?

- Niyə də yox? Oyun ərzində fərqlənə biləcəyim yeganə şans idi və bundan da istifadə etdim.

- “Neftçi” həmişə ilk pillələrdə yer alıb. Bakıya qayıdıb, komandanı yeddinci pillədə gördün. Bu, sənin üçün təəccüblü olmadı?

- Əvvəlki komanda ilə müqayisədə fərq böyükdü. Ancaq futbolçular buna alışmalıdılar. Çünki bu problem təkcə “Neftçi”də deyil. Maliyyə problemi ölkənin bütün sahələri ilə bağlıdır.

- Bu gün meydanda Vobayı və ya Flavinyonuu axtardınmı?

- Onlar üçün darıxıram. İki il ardıcıl olaraq, bir komandada çıxış etmişik.

- Fərqlənməklə klubun yubiley qolunun müəllifi olduğunu bilirsən?

- Ümid edirəm ki, növbəti qolları da vuracağıq.

- Komandanın mükafatçılar sırasına düşmək şansını necə dəyərləndirirsən?

- Bütün şanslarımızı dəyərləndirməliyik. Çempionluq üçün mübarizə aparmağın çətin olacağı məlumdu. Liqada durumumuzun yaxşı olmadığını bilirik, buna görə də kubokda finala yüksəlməli, sonda qalib gəlməliyik.