Onlar universitetə imtahansız qəbul oldular - Foto

onlar-universitete-imtahansiz-qebul-oldular
Oxunma sayı: 1132

Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq  Mendeleyev Kimya Olimpiadası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, yuxarı sinif şagirdləri arasında keçirilən və 3 turdan ibarət olan elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib. Ölkəmizi təmsil edən komanda isə böyük uğura imza atıb. Belə ki, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, “İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medala layiq görülərək, bayrağımızı ucaldıblar. 

Qeyd edək ki, olimpiada qaliblərimiz M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə imtahan vermədən ödənişsiz təhsil almaq haqqına sahib olublar.