“Onlar yaxınlarının haqsız həbsindən narahatdırlar”

“Onlar yaxınlarının haqsız həbsindən narahatdırlar”
Oxunma sayı: 2511

“Xaricdə fəaliyyət göstərən bəzi donorlar var ki, onların müəyyən dərəcədə Azərbaycandakı QHT-lərə dəstək verməsinin ziyanı olmazdı. Təklif edirəm ki, qırmızı xətti keçmədən bu məsələyə yenidən baxmaq olar”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib. O bildirib ki, burada dövlətçiliyimizlə bağlı məsələyə zərər gətirilməməsi nəzərə alınmalıdır.

Deputat, həmçinin üzvü olduğu İnsan hüquqları komitəsinin iclaslarından birinin regionların birində keçirilməsini təklif edib: “Əgər biz insan hüquqlarından danışırıqsa, regionlarda fəaliyyət göstərənləri də nəzərə almalıyıq. Bundan əlavə, bizə seçicilər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Onlar yaxınlarının haqsız həbsindən narahatdırlar. Kimlərsə nə vaxtsa şəxsi qərəz, vəzifə səlahiyyətlərindən istifadə edib kiminsə həbsinə nail olub. Həmin insanların az ömrü qalıb. Lazım gəlsə, həmin şəxslərin ailələriylə görüşək, haqq- ədalətin bərpa olunmasına kömək edək. Bunu o aspektdən vurğulayıram ki, komitə sədrimiz Zahid müəllim Əfv Komissiyasının üzvü seçilib. Ona görə də həmin ailələrin dinlənilməsinə nail ola bilərik”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi