Onlar yenidən bir araya gəldi - “Bir sevgi” üçün

onlar-yeniden-bir-araya-geldi-
Oxunma sayı: 1936

Əməkdar artist Lalə Məmmədova “Bir sevgi” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Qafqazinfo” xəbər verir ki, illər əvvəl “Məktəb illəri” mahnısını populyar edən Lalə Məmmədova, bəstəkar Aygün Səmədzadə və şairə Kəmalə Abıyeva triosu yenidən bir araya gəlib. Yeni mahnısından ürəklə danışan əməkdar artist Lalə Məmmədova, bu mahnını ifa etmək üçün xeyli gözlədiyini bildirib:

“Bir sevgi” adlı mahnı mənim repertuarımda yeni olsa da, onun ilk ifaçısı mən deyiləm. Mahnını təxminən 18 il əvvəl ilk dəfə Nüşabə Ələsgərlinin ifasında eşitmişəm. Mahnının aranjimanını Samir Şirinov etdi. Klarnetdə Aydın Yəhyayev, barabanda isə İsgəndər Ələsgərov, bas gitarada Ruslan Hüseynov ifa edib. Bu əsər üçün Aygün Səmədzadə və Kəmalə Abıyevaya dərin təşəkkür edirəm. “Məktəb illəri” mahnısından sonra “Bir sevgi” mahnısı bizim növbəti ilk birliyimiz oldu”.