“Onlara borcumu meydanda qaytaracam” - Özil

onlara-borcumu-meydanda-qaytaracam
Oxunma sayı: 1216

“Hər zaman “Fənərbaxça”ya azarkeşlik etmişəm. Həm klub, həm də mən xoşbəxtik”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Fənərbaxça”nın yeni transferi Məsut Özil deyib. 

Almaniya yığmasının sabiq üzvü İstanbul klubunun formasını geyinəcəyi üçün sevincli olduğunu bildirib:

“Birlikdə uğur qazanacağımıza inanıram. Həyəcanlıyam və ümid edirəm ki, hər şey düşündüyümüz kimi olacaq. Azərkeşlərə təşəkkür edirəm. Onlara borcumu meydanda qaytaracam”.