Onlara Nyu-Yorka uçmaq qadağan edildi

onlara-nyu-yorka-ucmaq-qadagan-edildi
Oxunma sayı: 1923

Qahirə aeroportunda İraqın 5, Yəmənin isə 1 vətəndaşına ABŞ təyyarəsinə minmək qadağan edilib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" aeroportdakı mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, bu qərar prezident Donald Trampın dünyanın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişə qadağa qoyulması haqqında fərmanına əsasən qəbul edilib.

Məlumata görə, sərnişinlər Qahirədə yerdəyişmə zamanı dayandırılıb. Sərnişinlərin uçuş üçün vizalarının olmasına baxmayaraq, onlar öz ölkələrinə reyslərə yönləndiriliblər.